SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
08.12.2025, 19:53
Azərbaycanlı vəkil Esmira Rzayeva xaricdə keçirilən beynəlxalq konfransda İtaliya və Moldova ədliyyə nazirləri ilə görüşüb müzakirələr aparıblar.
Oxu24.сom xəbər verir ki,Esmira Rzayeva səfər çərçivəsində Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevlədə görüşüb.
"Moldova Respublikasında əməkdaşlıq vasitəsilə mediasiyanın təşviqi" Beynəlxalq Konfransı keçirilib.
Konfransın məqsədi 2022-2025-ci illər üçün ədliyyə sektorunun müstəqilliyinin və bütövlüyünün təmin edilməsi üzrə Strategiyada müəyyən edilmiş mühüm məqsəd olan alternativ mübahisələrin həlli mexanizmi kimi mediasiyanı gücləndirmək və təşviq etmək olub.
Çıxış edən Esmira Rzayeva Azərbaycan Mediasiya Şurasının İntizam Komissiyasının fəaliyyəti barədə məlumat verib, intizam araşdırmalarının prosessual qaydalarını şərh edib.
Vəkil Esmira Rzayeva Gürcüstanda anadan olub. Tarix müəllimliyi sonra isə Hüquqşünaslıq ixtisasını bitirib. "Advocate Alliance Hüquq Şirkəti" MMC-nin direktorudur.
Bakı şəhər 62 nömrəli Məktəb-Lisey adlı yerdə tarix müəllimi vəzifəsində çalışıb. Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Milli Elmlər Akademiyası, Elm və Təhsil Məsələləri Komissiya və Milli Məclis hər zaman Esmira Rzayevanın təhsil eksperti kimi təkliflərini dəyərləndirib.
Rus, İngilis, Gürcü və Türk dillərində tam sərbəst danışa bilir.
2024-cü ilin iyun ayında keçirilən andiçmə mərasimində Esmira Rzayeva Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü seçilib.
O, bu mərasimdə yeni vəkillər arasında ilk vəkil nitqini söyləyib və Kollegiyanın sədri Anar Bağırova təşəkkürünü bildirib. Hazırda Güvən Vəkil Bürosunda fəaliyyət göstərir. 2024-cü ilin iyun ayında Mediasiya Şurası üzvü seçilib, intizam komissiyasının üzvüdür.
Bu, onun mediasiya sahəsindəki peşəkarlığının və təcrübəsinin tanınmasıdır. Esmira xanım Bakı 14 Saylı Mediasiya Təşkilatında mediator kimi fəaliyyət göstərib. Esmira xanım Rzayeva hazırda 23 saylı Mediasiya Təşkilatının təsisçi rəhbəridir.
Nigarxanım
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.