Yataqxanada həyatını itirən tələbənin FOTOSU
15 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11710
08.12.2025, 19:46
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilini mükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm və Təhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlar daxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, bu qərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Bu qərarlardan biri tədris planlarında Azərbaycan dili dərs saatlarının artırılmasıdır.
Oxu24.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin – o cümlədən, Azərbaycan tarixi fənninin – artıq 6-cı sinifdən başlayaraq tədris dilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təmin edilib.
“Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin də Azərbaycan dilində tədrisi tətbiq olunur. Ümumilikdə, ayrı-ayrı fənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumi tədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dil bacarıqlarının və səriştələrinin inkişafı deməkdir”, - deyə o vurğulayıb.
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
17:09 / 15 Noyabr 2026
27
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.