SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
08.12.2025, 13:01
Yazçı-şair Yusif Nəğməkarın yubiley tədbiri keçiriləcək.
Oxu24.com xəbər verir ki,şairin 70 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir 17 dekabr saat 19-00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
Qeyd edək ki,Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olub.
Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) alıb. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərib.
Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıdıb. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirərək (1973–1977) Ana dili və Ədəbiyyat ixtisası alıb. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnib.Təyinatla göndərildiyi Beyləqan rayonu Örənqala qəsəbə orta məktəbi və Orta Əlinəzərli kənd 8-illik məktəbində dil-ədəbiyyat və musiqi müəllimi işləyib.(1977–1983). Rayonda müəllim işlədiyi vaxtlarda mətbuatda- "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" "Sovet kəndi" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaydjcan" jurnallarında, "Sabir poeziya günləri", "Çinar pöhrələri", "Poeziya" və digər bu kimi ədəbi almanaxlarda yeni ruhlu şerləri ilə çıxış edib.
Yusif Nəğməkar bədii yaradıcılıqla çox erkən yaşlarından məşgul olmuş, 1970-ci ildən mətbuatda çap olunmağa başlayıb.
Yusif Nəğməkarın əsərlərində əsas qəhrəmanlar azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparanlar olsa da, onun mövzuları, ideya-estetik maraq dairəsi daha genişdir. Onun şeirlərinə misallar: "Yanıq Kərəmi"yə oynama, "Sən şeir yazmağı tərgit, Füzuli", "Ay qatar!..", "Səndən özgəsini sevə bilmirəm", "Xudafərin körpüsü", "Kişilər aldanır göz yaşlarına", "Gözəllik müsabiqəsi", "Qıpçağım- Oğuzum", "Ata-Ana dilimiz", "Araz" və s
Qeyd edək ki,şairin sözlərinə bir çox məşhur müğənnilər mahnılar ifa ediblər.
Miri Məcidli
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.