Azərbaycanda qadınların olduğu avtobus aşdı: Xeyli sayda yaralı var -ADLAR
15 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2460
08.12.2025, 10:45
Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur.
Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetilə əlaqə saxlasa da, suala cavab verilməyib.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
17:43 / 15 Noyabr 2026
1
17:16 / 15 Noyabr 2026
209
17:12 / 15 Noyabr 2026
725
17:09 / 15 Noyabr 2026
62
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
106
15:15 / 15 Noyabr 2026
115
14:47 / 15 Noyabr 2026
159
14:34 / 15 Noyabr 2026
327
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
111
14:02 / 15 Noyabr 2026
454
13:27 / 15 Noyabr 2026
336
12:55 / 15 Noyabr 2026
1619
12:36 / 15 Noyabr 2026
374
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
144
11:52 / 15 Noyabr 2026
220
11:43 / 15 Noyabr 2026
146
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
11:10 / 15 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.