Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
655
04.12.2025, 13:47
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.
Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.
Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.
Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr). Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.
Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.
Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.
Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.
Qeyd edək ki, yeni təsis edilən Azərbaycan Kitab Mükafatı ölkədə elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.
18:40 / 15 Noyabr 2026
1
18:05 / 15 Noyabr 2026
82
17:53 / 15 Noyabr 2026
183
17:43 / 15 Noyabr 2026
407
17:16 / 15 Noyabr 2026
375
17:12 / 15 Noyabr 2026
1762
17:09 / 15 Noyabr 2026
85
15:50 / 15 Noyabr 2026
104
15:25 / 15 Noyabr 2026
132
15:15 / 15 Noyabr 2026
128
14:47 / 15 Noyabr 2026
174
14:34 / 15 Noyabr 2026
358
14:25 / 15 Noyabr 2026
148
14:19 / 15 Noyabr 2026
123
14:02 / 15 Noyabr 2026
491
13:27 / 15 Noyabr 2026
364
12:55 / 15 Noyabr 2026
1704
12:36 / 15 Noyabr 2026
413
12:28 / 15 Noyabr 2026
174
12:11 / 15 Noyabr 2026
152
11:52 / 15 Noyabr 2026
226
11:43 / 15 Noyabr 2026
151
11:29 / 15 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.