Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
04.12.2025, 12:05
MEK-də Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub
Bu gün Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi qeyd olunur. Yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və yazıçının elmi və ədəbi yaradıcılığını əks etdirən kitab sərgisi təşkil edilib.
Sərgidə Kamal Abdullanın uzunmüddətli elmi fəaliyyətini, dilçilik sahəsində apardığı tədqiqatları və ədəbiyyatşünaslığa verdiyi mühüm töhfələri əks etdirən nəşrlər nümayiş olunur. Burada müəllifin “Seçilmiş əsərləri”nin yeddi cildliyi, “Sirri-zəmanə”, “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud”, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993–2003)”, “Azərbaycançılıq və ‘Kitabi-Dədə Qorqud’ dastanı”, “Həqiqətin onomastikası” və digər elmi-ədəbi kitabları yer alıb.
Həmçinin multikulturalizm və azərbaycançılıq ideyalarına həsr olunmuş “Heydər Əliyev və multikultural təhlükəsizlik”, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları”, “Azərbaycan multikulturalizmi” və digər kitablar da oxucuların diqqətinə təqdim edilir.
Nəşrlərdə Azərbaycanın mədəni müxtəlifliyinin qədim dövrlərdən müasir zamanadək keçdiyi inkişaf yolu, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışlarının elmi-nəzəri əsasları, azərbaycançılığın məfkurə, siyasi hərəkat və mənəvi dəyər kimi rolu geniş şəkildə işıqlandırılır. Bununla yanaşı, 1993–2003-cü illərdə dünyada, xüsusilə Amerika, Avstraliya, Kanada və digər ölkələrin ingilisdilli mətbuatında Azərbaycan haqqında dərc olunmuş məqalələrin tərcümələri də sözügedən kitablarda əks olunub.
18:40 / 15 Noyabr 2026
1
18:05 / 15 Noyabr 2026
82
17:53 / 15 Noyabr 2026
183
17:43 / 15 Noyabr 2026
407
17:16 / 15 Noyabr 2026
375
17:12 / 15 Noyabr 2026
1762
17:09 / 15 Noyabr 2026
85
15:50 / 15 Noyabr 2026
104
15:25 / 15 Noyabr 2026
132
15:15 / 15 Noyabr 2026
128
14:47 / 15 Noyabr 2026
174
14:34 / 15 Noyabr 2026
358
14:25 / 15 Noyabr 2026
148
14:19 / 15 Noyabr 2026
123
14:02 / 15 Noyabr 2026
491
13:27 / 15 Noyabr 2026
364
12:55 / 15 Noyabr 2026
1704
12:36 / 15 Noyabr 2026
413
12:28 / 15 Noyabr 2026
174
12:11 / 15 Noyabr 2026
152
11:52 / 15 Noyabr 2026
226
11:43 / 15 Noyabr 2026
151
11:29 / 15 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.