Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1689
03.12.2025, 14:24
Xüsusi xidmətlərinə görə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişib.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.
Başqa sözlə, bu siyahıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilər, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər də daxil edilib.
19:09 / 15 Noyabr 2026
1
18:40 / 15 Noyabr 2026
57
18:05 / 15 Noyabr 2026
98
17:53 / 15 Noyabr 2026
721
17:43 / 15 Noyabr 2026
521
17:16 / 15 Noyabr 2026
438
17:12 / 15 Noyabr 2026
2133
17:09 / 15 Noyabr 2026
93
15:50 / 15 Noyabr 2026
112
15:25 / 15 Noyabr 2026
142
15:15 / 15 Noyabr 2026
136
14:47 / 15 Noyabr 2026
185
14:34 / 15 Noyabr 2026
371
14:25 / 15 Noyabr 2026
152
14:19 / 15 Noyabr 2026
130
14:02 / 15 Noyabr 2026
511
13:27 / 15 Noyabr 2026
381
12:55 / 15 Noyabr 2026
1757
12:36 / 15 Noyabr 2026
425
12:28 / 15 Noyabr 2026
177
12:11 / 15 Noyabr 2026
155
11:52 / 15 Noyabr 2026
228
11:43 / 15 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.