Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
03.12.2025, 12:53
Bugünə qədər ölkə üzrə taxıl səpinini başa çatdırmış 177 635 fermer öz əkinlərinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edib.
Bu barədə Oxu24.com-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər.
EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib. Fermerlər tərəfindən bəyan edilən əkin sahələrinin ümumi həcmi 471 754 hektardır.
Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.
Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyna proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.
Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.
Qobustan rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşadırılması mexanizmləri, nöbvbəti təsərrüfat ilindən tətbiq olunacaq əkinləri dincə qoymaq subsidiyası və digər sualları cavablandırılıb.
Qeyd olunub ki, dekabrın 1-dək Qobustan rayonu üzrə 3 375 fermer artıq öz əkinlərini bəyan edərək subsidiya almaq üçün elektron müraciətlərini formalaşdırıblar. Fermerlərə monitorinqlər başa çatdıqdan sonra gələn ilin fevral ayından başlayaraq payızlıq əkinlərə görə subsidiyaların ödənilməsinə başlanacağı barədə məlumat verilib.
Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.
19:09 / 15 Noyabr 2026
1
18:40 / 15 Noyabr 2026
57
18:05 / 15 Noyabr 2026
98
17:53 / 15 Noyabr 2026
721
17:43 / 15 Noyabr 2026
521
17:16 / 15 Noyabr 2026
438
17:12 / 15 Noyabr 2026
2133
17:09 / 15 Noyabr 2026
93
15:50 / 15 Noyabr 2026
112
15:25 / 15 Noyabr 2026
142
15:15 / 15 Noyabr 2026
136
14:47 / 15 Noyabr 2026
185
14:34 / 15 Noyabr 2026
371
14:25 / 15 Noyabr 2026
152
14:19 / 15 Noyabr 2026
130
14:02 / 15 Noyabr 2026
511
13:27 / 15 Noyabr 2026
381
12:55 / 15 Noyabr 2026
1757
12:36 / 15 Noyabr 2026
425
12:28 / 15 Noyabr 2026
177
12:11 / 15 Noyabr 2026
155
11:52 / 15 Noyabr 2026
228
11:43 / 15 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.