AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
24 Fevral 2026, 21:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
100633
29.11.2025, 17:52
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirən əsas dövlət qurumudur. İdarə Daxili İşlər Nazirliyinin strukturuna daxildir və ölkə üzrə yol hərəkətinin təşkili, nəqliyyat axınının tənzimlənməsi, qayda pozuntularının qarşısının alınması, sürücülərin maarifləndirilməsi, eləcə də avtomobillərin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi kimi funksiyaları icra edir. BDYPİ həmçinin yol-nəqliyyat hadisələrinin təhqiqatı və profilaktik tədbirlərin görülməsi ilə məşğuldur.
Yol Polisi Sisteminin Əsas İdarəçiləri aşağıdakılardır:
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu
Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib. 1994-cü il 2 avqustdan – yəni artıq 31-ci ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
30 iyun 2003-cü ildə “polis general-mayoru” rütbəsi alıb, 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Səfərəliyev Pərvin Müstəcəb oğlu
Pərvin Müstəcəb oğlu Səfərəliyev Bakı şəhərində anadan olub, əslən Qərbi Azərbaycanın Vedi rayonundandır. O, ali məktəblərə qəbul imtahanında 3-cü ixtisas qrupu üzrə qəbul olduğu il ölkə üzrə ən yüksək nəticəni göstərərək Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunub.
Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə hüquq-mühafizə orqanlarında başlayıb. 2022-ci ildən etibarən Pərvin Səfərəliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da bu vəzifədə fəaliyyət göstərir. Pərvin Səfərəliyev peşəkarlığı, təcrübəsi və idarəçilik keyfiyyətləri ilə Azərbaycan hüquq-mühafizə sistemində öz sözünü deyən kadrlar sırasında yer alır.
Həmçinin oxuyun
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Xasıyev Elçin Oqtay oğlu
Elçin Oqtay oğlu Xasiyev 2024-ci ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib. E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki Mayılov Fuad Tarix oğlu
Fuad Tarix oğlu Mayılov 2020-ci ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri təyin edilib. Fuad Mayılov bu vəzifəyə qədər Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi olub.
Göründüyü kimi,ölkənin əhəmiyyətli qurumlarından biri olan Baş Dövlət Yol Polisi İdarəsinə kifayət qədər peşəkar və təcrübəli şəxslər rəhbərlik edir.Bu,qurum Daxili İşlər Nazirliyinin digər bölmə və strukturları kimi sutkanın 24 saatı vətəndaşlara xidmət edir.
Hazırladı: Miri Məcidli
22:00 / 24 Fevral 2026
19
21:59 / 24 Fevral 2026
17
21:45 / 24 Fevral 2026
24
21:42 / 24 Fevral 2026
34
21:39 / 24 Fevral 2026
201
21:35 / 24 Fevral 2026
26
21:34 / 24 Fevral 2026
23
21:31 / 24 Fevral 2026
25
21:08 / 24 Fevral 2026
27
21:08 / 24 Fevral 2026
60
21:03 / 24 Fevral 2026
35
20:51 / 24 Fevral 2026
53
20:39 / 24 Fevral 2026
64
20:35 / 24 Fevral 2026
32
20:24 / 24 Fevral 2026
76
20:23 / 24 Fevral 2026
424
20:12 / 24 Fevral 2026
213
20:12 / 24 Fevral 2026
64
19:59 / 24 Fevral 2026
56
19:50 / 24 Fevral 2026
85
19:47 / 24 Fevral 2026
57
19:46 / 24 Fevral 2026
130
19:23 / 24 Fevral 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.