Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1834
25.11.2025, 21:42
“Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir”.
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manata çatıb:
“Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı, hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu da dövlət qulluğuna marağın yüksək olmasının səbəblərindən biridir”.
Millət vəkili bildirib ki, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır:
“Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Təbii ki, bu sahədə aparılan dərinləşdirlimiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib.
Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.
Mənbə:Bizimmedia
22:34 / 15 Noyabr 2026
1
22:24 / 15 Noyabr 2026
32
22:05 / 15 Noyabr 2026
491
21:57 / 15 Noyabr 2026
129
21:37 / 15 Noyabr 2026
805
21:07 / 15 Noyabr 2026
807
20:58 / 15 Noyabr 2026
441
20:55 / 15 Noyabr 2026
124
20:44 / 15 Noyabr 2026
283
20:39 / 15 Noyabr 2026
114
20:30 / 15 Noyabr 2026
138
20:09 / 15 Noyabr 2026
378
19:51 / 15 Noyabr 2026
415
19:37 / 15 Noyabr 2026
137
19:17 / 15 Noyabr 2026
143
19:09 / 15 Noyabr 2026
131
18:40 / 15 Noyabr 2026
148
18:05 / 15 Noyabr 2026
156
17:53 / 15 Noyabr 2026
2052
17:43 / 15 Noyabr 2026
802
17:16 / 15 Noyabr 2026
715
17:12 / 15 Noyabr 2026
4341
17:09 / 15 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.