İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏR VAR
20 May 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
632
25.11.2025, 17:28
Əvvəllər istirahət üçün kinoteatrlara üz tutsaq da, artıq istirahət anlayışımız da dəyişib. Belə ki, son illər kinoteatrlara gedənlərin sayında azalma müşahidə olunur.
Bəs kinoteatrlara marağın azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı sənətşünas Xəyalə Rəis Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son illər kinoteatrlarda bilet satışlarının azalması həm tamaşaçı davranışlarındakı dəyişikliklərlə, həm də kino sənayesindəki struktur problemlərlə bağlıdır.
Onun sözlərinə görə, bu problemlər kino bazarındakı boşluqlar, idarəetmə çatışmazlıqları və mədəni siyasətin qeyri-effektivliyindən qaynaqlanır:
"Texnologiyanın sürətli inkişafı insanların film izləmə vərdişlərini dəyişib. Artıq əksər tamaşaçılar evdə film izləməyə üstünlük verirlər. "Netflix", "Amazon" və yerli onlayn platformalar kimi "streaming" xidmətlərinin əlçatanlığı kinoteatrlara gedənlərin sayına birbaşa təsir göstərir. Bu tendensiyanın nəticəsi kimi kinoteatr zallarının doluluğu azalır, bilet satışları aşağı düşür və kommersiya baxımından dayanıqlılıq zəifləyir”.
Müsahibimiz qeyd edib ki, sosial şəbəkələrdə yayılan narazılıqlarda xüsusi olaraq dil məsələsi qabardılır. Tamaşaçıların fikrincə, filmlərin böyük qismi rus dilində nümayiş etdirilir. Dediyinə görə, orijinal dil (xüsusilə ingilis dili) seansları isə çox zaman ya az saydadır, ya da optimal saatlarda təklif edilmir:
“Xüsusilə gənc tamaşaçılar üçün bu, ciddi problemdir. Onlar filmləri orijinal dildə izləməyə üstünlük verirlər, lakin kinoteatrlardakı məhdud seçim auditoriyanı kinodan daha çox alternativ platformalara yönləndirir".
Xəyalə Rəis: Kino siyasətində sistemli dəyişikliklərə ehtiyac var
X.Rəis deyib ki, kinoteatrlar bilet qiymətlərini sərbəst şəkildə özləri müəyyənləşdirirlər və bazar şərtlərinə uyğun hərəkət edirlər. Kinoteatrlardakı qiymət siyasəti, seans seçimi və dil müxtəlifliyi ilə bağlı tənzimləyici mexanizmlərin olmaması da ciddi çatışmazlıqdır.
"Qanuni boşluqlar səbəbindən kinoteatr operatorları bu məsələlərdə tam sərbəst hərəkət edir və qərarlarını yalnız kommersiya maraqları üzərində qururlar. Nəticədə publik maraq, yəni hər kəs üçün kino əlçatanlığı diqqətdən kənarda qalır. Jurnalist araşdırmalarının bir qismi kinoteatrların bəzi hallarda real gəlirlərini tam açıqlamadığını, "gizli gəlir" mənbələri saxladığını iddia edir. Bu şəffaflıq çatışmazlığı kino sənayesinin sağlam inkişafına mane olur. Həm dövlət, həm prodüserlər, həm də ictimaiyyət yaranmış vəziyyəti düzgün qiymətləndirə bilmir", - deyə müsahibimiz əlavə edib.
Teatrşünas bildirib ki, kino siyasətində sistemli dəyişikliklərə ehtiyac var. Kinoteatrlardakı durğunluğun səbəbləri çoxşaxəlidir və təkcə "bilet satışı azalıb" ifadəsi ilə izah oluna bilməz. Burada söhbət kino bazarının, infrastrukturun və mədəni siyasətin sistemli problemlərindən gedir.
Həmçinin oxuyun
13:23 / 20 May 2026
1
13:20 / 20 May 2026
15
13:13 / 20 May 2026
42
13:11 / 20 May 2026
27
13:05 / 20 May 2026
45
13:02 / 20 May 2026
47
12:58 / 20 May 2026
106
12:52 / 20 May 2026
82
12:50 / 20 May 2026
48
12:46 / 20 May 2026
41
12:42 / 20 May 2026
53
12:33 / 20 May 2026
407
12:32 / 20 May 2026
57
12:13 / 20 May 2026
55
12:02 / 20 May 2026
68
11:59 / 20 May 2026
59
11:49 / 20 May 2026
65
11:40 / 20 May 2026
270
11:37 / 20 May 2026
63
11:34 / 20 May 2026
166
11:32 / 20 May 2026
59
11:31 / 20 May 2026
66
11:30 / 20 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.