Bu şəxslər pensiyasız QALA BİLƏR - ŞOK SƏBƏB
20 May 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
537
25.11.2025, 00:13
Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu Ermənistan işğalçı ordusunun tərk etməsindən 5 il ötür.
Oxu24.com-un xəbərinə görə, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44-günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir.
14:55 / 20 May 2026
1
14:40 / 20 May 2026
46
14:36 / 20 May 2026
44
14:30 / 20 May 2026
41
14:26 / 20 May 2026
69
14:01 / 20 May 2026
53
13:52 / 20 May 2026
55
13:45 / 20 May 2026
330
13:44 / 20 May 2026
648
13:27 / 20 May 2026
83
13:23 / 20 May 2026
63
13:20 / 20 May 2026
59
13:13 / 20 May 2026
71
13:11 / 20 May 2026
57
13:05 / 20 May 2026
66
13:02 / 20 May 2026
70
12:58 / 20 May 2026
187
12:52 / 20 May 2026
193
12:50 / 20 May 2026
68
12:46 / 20 May 2026
58
12:42 / 20 May 2026
143
12:33 / 20 May 2026
620
12:32 / 20 May 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.