Ermənilər uğrunda öldürülən Qriboyedovun doğum gününə: Nankor
15 Yanvar 2026, 18:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9401
23.11.2025, 09:59
Bu gün dahi bəstəkar,unudulmaz ad Üzeyir Hacıbəyovun anım günüdür.
Üzeyir Hacıbəy bizim üçün həm də ona görə doğmadır ki,o Azərbaycan Dövlət Himninin musiqi müəllifidir.O,Himn ki,bizi səsləndirilən zaman əsl azərbaycanlı olduğumuzu hiss etdirən bir ana laylası.
O,Himn ki,şəhidi son məzara yol salarkən ona layla olan bir ana nəfəsi. O,Himn ki,idmançımız fəxri kürsüyə qalxarkən Azərbaycan Dövlət Bayrağı ilə birlikdə ucalan o bəşəri musiqi...O,Himn ki,dəmir kimi idmançını bir notla,bir səslə muma döndərən,gözyaşlarına boğan incə,lakin güclü təsirə malik bir ifa...O,Himn ki,səslənəndə hər kəsi ayağa qalxmağa vadar edən gücə malik bir qiymətsiz əsər...
Üzeyir Hacıbəyovun musiqimizin tarixində oynadığı roldan danışmaq peşəkar musiqi bilicilərinin işidir.Bu haqda da kifayət qədər danışılıb.Əbəs yerə Üzeyir bəy musiqimizin Allahı adlandırılmır ki...
Mənim üçün Üzeyir bəyin bir də böyüklüyü Himnimizə verdiyi bu ruhdur,bu sədalardır...
Ruhun şad olsun,dahi insan.Azərbaycan durduqca Himnimiz səslənəcək,Himnimiz səsləndikdə Üzeyir Hacıbəyov yaşayacaq.Üzeyir Hacıbəyov yaşadıqca musiqi də yaşayacaq...
Məlumat üçün qeyd edək ki,1885-ci ilin 18 sentyabrında Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.
O, ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şəhərin zəngin musiqi-ifaçılıq ənənələri Üzeyir Hacıbəyovun musiqi tərbiyəsində mühüm rol oynayıb. Sonrakı illərdə Qori Müəllimlər Seminariyasında aldığı təhsil onun dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib.
Həmçinin oxuyun
Bir neçə il sonra Bakıya gələn Ü. Hacıbəyov əvvəlcə, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib. O, Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq “Həyat” qəzetində, habelə “İrşad” qəzetində çalışıb.
Bədii yaradıcılığa publisistika ilə başlayan Ü. Hacıbəyov müxtəlif mətbu orqanlarda “Filankəs”, “Behmankəs”, “Adı bəy, özü Filankəs”, “Anaş Qurbağa”, “Tısbağa”, “Qatilov”, “Cin”, “Xoca Lələ”, “Bızbıza”, “Çoban” təxəllüsləri və ləqəbləri ilə məqalələrini dərc etdirib. Məşhur publisist, pedaqoq ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1935-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 3 il sonra isə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Elmlər Akademiyasının akademiki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Ü.Hacıbayov müsəlman şərqində ilk operanın müəllifi kimi tarixə düşüb.
Lakin dahi Üzeyir Hacıbəyovun Azərbaycan tarixindəki müstəsna xidmətləri təkcə bunlarla yekunlaşmır. Ötən əsrin 30-cu illərində bolşevik diktaturasının xalqa zülmü ən yüksək həddə çatanda, repressiya illərində imperiya rəhbərliyi yalnız əsarət altında saxladığı xalqları deyil, onların milli-mənəvi dəyərlərini, qədim mədəniyyətlərini, incəsənətlərini də məhv etməyə çalışırdı. Otuzuncu illərdə tarın “açıq məhkəməsi” keçirilirdi. Üzeyir Hacıbəyov Müslüm Maqomayevlə birlikdə (Bu gün həm də Müslüm Maqomayevin doğum günüdür – red) Azərbaycan xalq musiqisinin ifasında geniş istifadə edilən simli musiqi alətini bolşevik caynağından xilas etdi.
Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının darmadağın olunması üçün milyonlarla ölkə sakini kimi Ü.Hacıbəyov da Qızıl Orduya əlindən gələn koməyi edirdi. Onun Dövlət Bankına şəxsi əmanətlərindən “Azərbaycan İncəsənəti” tank dəstəsinin istehsalı üçün 25.000 rubl köçürməsi, eləcə də digər xidmətləri bu şəxsiyyətin tariximizdəki misilsiz xidmətlərindəndir.
Azərbaycan dilində milli operanın, bir sıra musiqili komediyaların, kamera – instrumental, orkestr əsərlərinin, bir sıra mahnıların yaradıcısı, əbədiyaşar ictimai xadim, vətənpərvər ziyalı 1948-ci ilin 23 noyabrında vəfat edib.
Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir Musiqi Günü kimi qeyd edilir.
Hazırladı: Miri Məcidli
18:42 / 15 Yanvar 2026
24
18:27 / 15 Yanvar 2026
71
18:19 / 15 Yanvar 2026
32
17:56 / 15 Yanvar 2026
1790
17:26 / 15 Yanvar 2026
83
17:11 / 15 Yanvar 2026
443
16:54 / 15 Yanvar 2026
459
16:49 / 15 Yanvar 2026
74
16:26 / 15 Yanvar 2026
2222
15:59 / 15 Yanvar 2026
332
15:28 / 15 Yanvar 2026
171
15:26 / 15 Yanvar 2026
1994
15:17 / 15 Yanvar 2026
388
15:16 / 15 Yanvar 2026
211
15:14 / 15 Yanvar 2026
98
14:14 / 15 Yanvar 2026
198
14:02 / 15 Yanvar 2026
1172
13:57 / 15 Yanvar 2026
387
13:47 / 15 Yanvar 2026
301
13:41 / 15 Yanvar 2026
399
13:38 / 15 Yanvar 2026
450
13:17 / 15 Yanvar 2026
1362
12:50 / 15 Yanvar 2026
126
12:39 / 15 Yanvar 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.