Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
622
21.11.2025, 13:27
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq. Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.