Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
21.11.2025, 13:24
Gələn il yanvarın 1-dən fərdi sahibkarların ödəməli olduqları məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydası dəyişir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənəcək.
Xatırladaq ki, hazırda qüvvədə olan “Sosial sığorta haqqında” qanuna görə , sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. Eyni zamanda bu regionlar üzrə müvafiq faiz tətbiq edilməklə tətbiq edilirdi. Başqa sözlə, bu göstərici Bakı şəhərində minimum aylıq əməkhaqqının 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında idi.
Dəyişikliyə əsasən, minimum aylıq əməkhaqqı 400 manat qəbul edildikdə sahibkarın aylıq gəliri 5 000 manatdırsa, sosial sığorta haqqı gəlirin 2 faizi – 100 manat təşkil edəcək.
Əgər gəlir 2 000 manatdırsa, 2% = 40 manat hesablanır, lakin bu məbləğ minimum hədd olan 60 manatdan az olduğuna görə sahibkar 60 manat ödəyəcək.
Əgər gəlir 25 000 manatdırsa, 2% = 500 manat olur, amma bu məbləğ maksimum hədd olan 400 manatı keçdiyinə görə sahibkar 400 manat ödəyəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.