21 mayda bizi nələr gözləyir? — ULDUZ FALI
20 May 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
747
20.11.2025, 19:48
Bu ilin oktyabr ayının 1-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.
Oxu24.com xəbər verir ki,yeni qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik olaraq müəyyən edilib.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edib.
Qərarın qəbul edilməsindən sonra bir sıra marşrutlar yenilənib və yeni tarifə keçib.
Modern.az yeni tarifə keçən avtobusların son siyahısını əldə etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb.
Qurumdan verilən məlumata görə, tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir. Dəyişiklik paytaxtın marşrut şəbəkəsinin təxminən 35%-ni əhatə edir.
23:16 / 20 May 2026
5
22:52 / 20 May 2026
36
22:49 / 20 May 2026
41
22:39 / 20 May 2026
50
22:28 / 20 May 2026
50
22:25 / 20 May 2026
45
22:19 / 20 May 2026
47
22:14 / 20 May 2026
129
22:10 / 20 May 2026
137
22:08 / 20 May 2026
203
22:05 / 20 May 2026
48
22:03 / 20 May 2026
65
22:02 / 20 May 2026
55
22:00 / 20 May 2026
52
21:57 / 20 May 2026
49
21:53 / 20 May 2026
58
21:52 / 20 May 2026
362
21:42 / 20 May 2026
189
21:39 / 20 May 2026
48
21:39 / 20 May 2026
67
21:35 / 20 May 2026
58
21:33 / 20 May 2026
51
21:27 / 20 May 2026
410
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.