21 mayda bizi nələr gözləyir? — ULDUZ FALI
20 May 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3011
20.11.2025, 19:24
Uzun illər "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətdə (AzTV) Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etmiş Sərhəd Rəhmət oğlu Qasımov bu gün – noyabrın 20-də vafat edib.
Oxu24.com bildirir ki, bu barədə modern.az-a mərhumun yaxın dostu şair-publisist Mübariz Süleymanlı məlumat verib.
85 yaşında dünyasını dəyişən Sərhəd Qasımovun üç mərasimi noyabrın 22-də Təzəpir məscidində keçiriləcək.
Sərhəd Qasımov 1941-ci il aprel ayının 12-də Lənkəran şəhərində anadan olub. 1957-61-ci illərdə Rabitə Texnikumunda təhsil alıb. Həmin ildən Respublika Radio-Televiziya Mərkəzində elektrik montyoru kimi əmək fəaliyyətinə başlayıb. İki il hərbi xidmətdən sonra 1964-cü ildə işıq sexinin rəisi vəzifəsinə təyin edilib. 1967-ci ilin oktyabrında Teleradionun Həmkarlar İttifaqı Komitəsinin ilk sədri seçilib. İlk azərbaycanlı olaraq 1970-75-ci illərdə Moskva Beynəlxalq Həmkarlar Akademiyasında təhsil alıb.
O, 51 fasiləsiz olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü olub.
Sərhəd Qasımov ölkə Prezidentinin sərəncamları ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” adına, 2009-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb.
2018-ci ildə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 100 illiyi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.

23:16 / 20 May 2026
5
22:52 / 20 May 2026
36
22:49 / 20 May 2026
41
22:39 / 20 May 2026
50
22:28 / 20 May 2026
50
22:25 / 20 May 2026
45
22:19 / 20 May 2026
47
22:14 / 20 May 2026
129
22:10 / 20 May 2026
137
22:08 / 20 May 2026
203
22:05 / 20 May 2026
48
22:03 / 20 May 2026
65
22:02 / 20 May 2026
55
22:00 / 20 May 2026
52
21:57 / 20 May 2026
49
21:53 / 20 May 2026
58
21:52 / 20 May 2026
362
21:42 / 20 May 2026
189
21:39 / 20 May 2026
48
21:39 / 20 May 2026
67
21:35 / 20 May 2026
58
21:33 / 20 May 2026
51
21:27 / 20 May 2026
410
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.