Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
560
20.11.2025, 10:34
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 19-20 noyabrda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda (BBF) əsas tərəfdaş olaraq iştirak edib.
“AzInTelecom”dan Oxu24.com-a verilən məlumata görə, forum məkanında “AzInTelecom”un stendi qurulub, şirkətin maliyyə sektoru üçün nəzərdə tutulmuş məhsul və xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bankların rəqəmsal inkişafını dəstəkləyən və onlara unikal üstünlüklər qazandıran innovativ həllər nümayiş etdirilib.
Tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ənənəvidən rəqəmsala: SİMA vasitəsilə bank xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərək bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.
Qeyd edək ki, “AzInTelecom”un təqdim etdiyi rəqəmsal həllərdən artıq Azərbaycanda 16 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura filiallara getmədən kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, əmanət yerləşdirilməsi, hesab açılması və s. kimi əməliyyatların məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.
“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılan SİMA yeni nəsil rəqəmsal imza hüquqi baxımdan əl imzası ilə eyni qüvvəyə malikdir və maliyyə sektorunda iş proseslərini xeyli yüngülləşdirir. Vətəndaşlar isə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərə ehtiyac olmadan yerinə yetirə bilirlər. SİMA rəqəmsal həllər platforması barədə daha ətraflı məlumatı sima.az saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.


00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.