Hüseyn Abdullayevdən XƏBƏR VAR
04 Fevral 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1163
19.11.2025, 20:41
1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən digər maraqlı məlumatlar da açıqlayıb.
Oxu24.com xəbər verir ki, Eldar Namazov “Yeni Azərbaycan” TV-yə müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında bir sıra icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.
“Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi”,- deyən Eldar Namazov həmin tərcüməçinin adını çəkməyib.
“Yeni Sabah”ın məlumatına görə, Eldar Namazov Prezident Aparatından qovulan tərçüməçi deyəndə Rauf Hüseynovu nəzərə tutub. O, uzun illər Heydər Əliyevin tərcüməçisi olub.
Rauf Hüseynov Prezident Aparatında tərcüməçi kimi fəaliyyət göstərdiyi qısa müddətdə siyasi karyerasını irəlilədə bilmişdi. Belə ki, Prezident Heydər Əliyev onu Xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkmişdi. Lakin indi məlum olur ki, Ramiz Mehdiyevin təbliğatına qoşulması gənc tərcüməçinin siyasi karyerasının sonlanması ilə nəticələnib.
Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır.
Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları – 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib.
Həmçinin oxuyun
Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib.
Rauf Hüseynov Prezident Heydər Əliyev 1997-ci ildə ABŞ-a çoxgünlük səfəri edən də də onun yanında olub.
O, həmin səfər zamanı Heydər Əliyevin ABŞ prezidenti Bill Klintonla görüşündə tərcüməçilik etmişdi.
Rauf Hüseynovun hazırda xaricdə biznes fəaliyyətilə məşğul olduğu barədə məlumatlar var.
2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tətcüməçisi vəzifəsindən uzaqlaşdırılması və siyasət meydanından itib-batması çoxlarında suallar doğurmuşdu. Həmin suallara uzun illər sonra Eldar Namazovun açıqlaması ilə aydınlıq gətirildi...
10:55 / 04 Fevral 2026
1
10:52 / 04 Fevral 2026
9
10:48 / 04 Fevral 2026
18
10:34 / 04 Fevral 2026
30
10:24 / 04 Fevral 2026
27
10:09 / 04 Fevral 2026
35
10:01 / 04 Fevral 2026
39
09:20 / 04 Fevral 2026
46
09:19 / 04 Fevral 2026
149
09:09 / 04 Fevral 2026
62
08:48 / 04 Fevral 2026
136
02:50 / 04 Fevral 2026
286
01:36 / 04 Fevral 2026
196
01:25 / 04 Fevral 2026
220
00:55 / 04 Fevral 2026
125
00:41 / 04 Fevral 2026
121
00:26 / 04 Fevral 2026
234
00:01 / 04 Fevral 2026
163
23:40 / 03 Fevral 2026
1096
23:35 / 03 Fevral 2026
211
23:35 / 03 Fevral 2026
132
23:32 / 03 Fevral 2026
113
23:28 / 03 Fevral 2026
3497
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.