Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
753
19.11.2025, 13:21
Cəmiyyət elə bir məqama gəlib ki, azyaşlı qız uşaqları reklam alətinə çevrilir. Bəzi şəxslər uşaqları kamera qarşısına çıxarıb yaşlarına tam zidd rəqslər etdirir, məhsullarını tanıtmaq üçün onların masumluğundan istifadə edirlər.Bu, sadəcə biabırçılıq deyil cəmiyyətin mənəvi deqradasiyasının açıq və sərt göstəricisidir.
Oxu24.com bu kimi addımların hüquqi tərəfdən məsuliyyətini araşdırıb.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki,uşağın mənafeyinə zidd olan hər hansı fəaliyyət qadağandır.
"Bu gün bir sıra valideyn üçün təhsil, tərbiyə və uşağın gələcəyi önəmli deyil. Onlar üçün əsas olan mənəviyyatsızlıq üzərindən qazanılan asan pul, sosial şəbəkələrdə bir neçə “like”, bir az da süni məşhurluqdur. Uşağın psixologiyası, şəxsi toxunulmazlığı, gələcək şəxsiyyəti tamamilə unudulur.Belə valideynlər övladlarını böyütmür - istismar edir.Təhsilini inkişaf etdirmir - kontentə çevirir.Uşağı qorumaq yerinə onu bazara çıxarır.Sosial mediada “trend yaratmaq” adı ilə masumluq satılır, uşaq bədəni reklam vasitəsinə çevrilir, mənəvi dəyərlər isə ayaq altına atılır. Bu proses normallaşdırıldıqca cəmiyyət öz köklərindən, ailə dəyərlərindən və əxlaqından uzaqlaşır.Biz artıq o yerdəyik ki, mənəviyyat pulun kölgəsində itib-batır, cahillik isə özünü müasirlik kimi təqdim edir.
Amma unudulan vacib bir həqiqət var:
Cəmiyyətin gələcəyi kameralar qarşısında istismar edilən uşaqlarla deyil, təhsil alan, dəyərli böyüyən, şəxsiyyət kimi formalaşan uşaqlarla qurulur.Əgər bu gedişat dəyişməzsə, gələcəyimiz də bugünkü kimi qaranlıq olacaq.
Azərbaycan qanunvericiliyinə görə:
Uşağın mənafeyinə zidd olan hər hansı fəaliyyət qadağandır.Azyaşlıların qeyri-etik reklam materiallarında çəkilməsi inzibati və hətta cinayət məsuliyyətinə səbəb ola bilər.Uşağın bədənindən, görüntüsündən və rəqs hərəkətlərindən kommersiya məqsədi ilə istifadə uşaq istismarı kimi qiymətləndirilə bilər.Belə hallarda həm valideynlər, həm də reklam və kontent istehsalçıları qanun qarşısında cavab verməli olur",-deyə vəkil bildirib.
Hazırladı: Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.