Təzə gicitkənin sağlamlıq üçün FAYDALARI
21 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
521
19.11.2025, 10:06
Binəqədi, Yasamal və Nərimanov rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə operativ müşavirələr keçirilib.
Bu barədə Oxu24.com-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, müşavirə BŞİH-nin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştiraki ilə baş tutub. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərinin keçirilməsini təmin edərək verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.
Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyyatı yaradılmalıdır. Hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib. Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.