Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1001
18.11.2025, 23:36
14 noyabr tarixində “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun növbəti iclası keçirilib.
Oxu24.com xəbər verir ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupun rəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 3.2-ci bəndi ilə müəyyən edilmiş “Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması ilə bağlı mövcud vəziyyət, görülmüş işlər müzakirə edilmiş, həmçinin Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planının planlaşdırılması müzakirə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək mövcud vəziyyət, görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı. Samir Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB və “Azərişıq” ASC ilə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal işlək məhsulun (MVP) hazırlanmasının başa çatdırıldığını, MVP çərçivəsində ilkin məlumat modelinin və EHİS-in inteqrasiyasının qurulduğunu, modul səviyyəsində veb interfeys, vahid ödəniş, ad dəyişmə, borc idarəetmə və bildiriş funksiyaların layihələndirildiyini bildirdi.
Energetika nazirinin müavini Samir Vəliyev, müvafiq sahədə həyata keçirilən islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan və mühüm yenilik olan “Vahid Kommunal Xidmətlər” altsisteminin əhəmiyyətindən danışdı. O, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş EHİS-in Əsasnaməsinə uyğun olaraq “Vahid Kommunal Xidmətlər” altsisteminin operatoru funskiyasını həyata keçirəcək qurum qismində Energetika Nazirliyinin vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq altqrupda təmsil olunan Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin də iştirakı ilə müzakirələrin keçirilməsinin faydalı olacağını bildirdi. Keçiriləcək görüşlərdə altsistemin formalaşdırılması istiqamətində 2026-cı il üçün Yol Xəritəsinin hazırlanması məqsədilə adıçəkilən Agentlik tərəfindən aidiyyəti üzrə təkliflərin təqdim ediləcəyini bildirdi.
Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxalıyev çıxış edərək “Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması istiqamətində görülən işlərin uğurla aparıldığını, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əsas nəticəyə nail olunması istiqamətində mühüm addımlar atıldığı barədə iclas iştirakçılarına məlumat verdi. O, Altqrupun 2026-cı ilə üzrə Fəaliyyət Planının hazırlanmasına başlanılmasını zərurətini qeyd etdi.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.