Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
600
18.11.2025, 11:01
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.
İnteqrasiya çərçivəsində daha 30-a yaxın elektron vergi xidmətinin “SİMA İmza” ilə əldə etməsi mümkün olub. Həmin xidmətlərə vahid bəyannamə göndərilməsi, hüquqi şəxsin uçot və qeydiyyat məlumatlarının dəyişdirilməsi, hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor və kreditor borcları haqqında ərizə, şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə ərizə, elektron alış aktı və digər bir çox xidmətlər daxildir.
Sonuncu inteqrasiya nəticəsində “SİMA İmza” ilə əldə edilə bilən vergi xidmətlərinin sayı 100-ü ötüb. Artıq vergi ödəyiciləri İnternet Vergi İdarəsinə “SİMA İmza” ilə daxil olaraq, müvafiq sənədləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə imzalayaraq əldə edə bilərlər.
Bunun üçün new.e-taxes.gov.az saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.
Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 5 milyondan çoxdur. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə bilərsiniz.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.