Vəsiyyəti ilə Fəxri Xiyabanda yox,həyat yoldaşının yanında dəfn olunan ALİM - HƏYAT HEKAYƏSİ
25 Dekabr 2025, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
501
18.11.2025, 10:50
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu fikirləri Xidmətin icraçı direktoru Telman Kərimli, Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Xankəndidəki əsas binaların əksəriyyəti - Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və Qarabağ oteli vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub: "Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır".
T. Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir: "Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir.
Həmçinin oxuyun
Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir".
T. Kərimlinin sözlərinə görə, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır: "Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu — memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına real töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir".
16:33 / 25 Dekabr 2025
3
16:22 / 25 Dekabr 2025
18
16:20 / 25 Dekabr 2025
24
16:08 / 25 Dekabr 2025
118
16:02 / 25 Dekabr 2025
27
16:00 / 25 Dekabr 2025
2618
15:58 / 25 Dekabr 2025
315
15:53 / 25 Dekabr 2025
520
15:48 / 25 Dekabr 2025
61
15:28 / 25 Dekabr 2025
858
15:16 / 25 Dekabr 2025
48
14:53 / 25 Dekabr 2025
40
14:47 / 25 Dekabr 2025
38
14:44 / 25 Dekabr 2025
40
14:36 / 25 Dekabr 2025
50
14:30 / 25 Dekabr 2025
42
14:23 / 25 Dekabr 2025
44
14:19 / 25 Dekabr 2025
46
14:11 / 25 Dekabr 2025
375
13:41 / 25 Dekabr 2025
1124
13:39 / 25 Dekabr 2025
68
13:37 / 25 Dekabr 2025
56
13:05 / 25 Dekabr 2025
60
12:58 / 25 Dekabr 2025
58
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.