Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
824
18.11.2025, 09:55
Azərbaycanda ictimai nəqliyyatda güzəştlərlə bağlı mövzu son illər ən çox müzakirə olunan sosial məsələlərdən birinə çevrilib.
Oxu24.com-un məlumatına görə, xüsusilə pensiyaçılar, tələbələr və həssas kateqoriyadan olan vətəndaşlar üçün mövcud güzəştlərin genişləndirilməsi barədə ictimai gözləntilər artır.
Bu sahədə yeniliklərin tətbiqi həm vətəndaşların gündəlik xərclərinə təsir edir, həm də ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Dünyanın bir çox ölkəsində müxtəlif yaş qrupları və sosial statusları təşviq edən proqramlar çərçivəsində genişmiqyaslı güzəştlər tətbiq olunur. Azərbaycan da bu təcrübələri nəzərdən keçirərək daha səmərəli və ədalətli model formalaşdırmağa çalışır.
Bəs avtobuslarda güzəştlər nə vaxtdan tətbiq oluna bilər?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, Azərbaycanda bütün avtobuslar nağsız ödənişə keçdikdən sonra güzəştlərin tətbiqi reallaşacaq:
"Gələn il yanvarın 1-dən "Brutto" müqalivəsinə keçid reallaşacaq. Bu müqavilə həmin güzəştləri tətbiq etmək üçün bir alətdir. Sistem işə düşəndən sonra günlük, həftəlik, aylıq və illik bilet paketləri təklif olunacaq. Eyni zamanda tələbələr, pensiya alan şəxslər, müharibə veteranları müəyyən güzəştlərdən istifadə etmək imkanı qazanacaqlar.
Uzaq məsafədən (Pirallahı, Bilgəh və Sumqayıt kimi məsafələrdən) gələn şəxslər 90 dəqiqə ərzində bir ödəniş edəcəklər. Həmin müddətdə digər növdən pulsuz istifadə edəcəklər. Bununla da vətəndaşlar öz bücələrinə qənaət etmiş olacaqlar.
Bunun üçün nağd ödənişlə işləyən avtobusların xəttdən çıxarılması, müasir avtobuslarla əvəzlənməsi və bütün sistemin nağdsız olması şərtdir. Yəni bunu edəndən sonra güzəştlər tətbiq ediləcək. Növbəti iki il ərzində bu sistemin tətbiq edilməsi nəzərdə tutulub".(bakuvs)
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.