Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
561
17.11.2025, 18:05
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.
Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi müraciətçilərə işçi hüquqları ilə bağlı ödənişsiz dəstək göstərir, maarifləndirmə tədbirləri təşkil edir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK-in apardığı islahatları və tətbiq etdiyi yenilikləri yüksək dəyərləndirib.
Tədbirdə iki qurum arasında əlaqələrin əhəmiyyətindən bəhs edilib, əməkdaşlığın istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsini, hüquqi maarifləndirmə tədbirlərinin artırılmasını, bu sahədə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər əmək hüquqları üzrə elmi-praktiki araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri və vəkillər üçün seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.
Sonra Vəkillər Kollegiyasının nümayəndələri "Kurort" Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.