Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
15 Yanvar 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
607
17.11.2025, 14:36
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevlə bağlı istintaqın başlanmasından 30 gün keçir. İşlə bağlı indiyə kimi mediada müxtəlif şərhlər verilib.
Yaxın günlərdə bu hadisə ilə bağlı nələr gözlənilir? YAP rəhbərliyi R.Mehdiyevi hansı səbəbdən partiyadan çıxarmır?
“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə konkret məhkəmə qərarı olduqdan sonra Yeni Azərbaycan Partiyası (YAP) onun partiyadan çıxarılması məsələsinə baxacaq”.
Oxu24.com xəbər verir ki, bu sözləri Teleqraf.az-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Şura sədri bildirib ki, bununla bağlı məhkəmənin qərarı olmalıdır: “Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılan sözlərin hamısı boş söhbətlərdir. Məhkəmənin qərarı olandan sonra o məsələlərin hamısı öz həllini tapacaq”.
Arif Rəhimzadə hazırda Ramiz Mehdiyev barəsində sadəcə olaraq məhkəmə araşdırması prosesinin getdiyini və bunun nəticələrini gözləməyin vacibliyini vurğulayıb: “Onun haqqında verilən qərar məhkəmənin gedişi və prosesə cəlb edilməsi ilə bağlıdır”.
Həmçinin oxuyun
Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və partiyanın Veteranlar şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
TV Müsavata etibarlı mənbənin verdiyi məlumata görə, yaxın saatlarda R.Mehdiyevlə bağlı yeni xəbərlər olacaq. Hətta onun oğlunun karyerası ilə bağlı konkret addımlar atılacaq.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
14:14 / 15 Yanvar 2026
1
14:02 / 15 Yanvar 2026
140
13:57 / 15 Yanvar 2026
35
13:47 / 15 Yanvar 2026
55
13:41 / 15 Yanvar 2026
143
13:38 / 15 Yanvar 2026
104
13:17 / 15 Yanvar 2026
698
12:50 / 15 Yanvar 2026
59
12:39 / 15 Yanvar 2026
52
12:29 / 15 Yanvar 2026
70
12:18 / 15 Yanvar 2026
314
12:10 / 15 Yanvar 2026
709
11:52 / 15 Yanvar 2026
1042
11:47 / 15 Yanvar 2026
190
11:42 / 15 Yanvar 2026
102
11:34 / 15 Yanvar 2026
480
11:13 / 15 Yanvar 2026
87
11:00 / 15 Yanvar 2026
1786
10:52 / 15 Yanvar 2026
229
10:39 / 15 Yanvar 2026
244
10:38 / 15 Yanvar 2026
97
10:36 / 15 Yanvar 2026
103
10:34 / 15 Yanvar 2026
132
10:11 / 15 Yanvar 2026
520
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.