Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
15 Yanvar 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
581
17.11.2025, 13:10
Bu ilin yanvarında istiliyə görə qiymət iki dəfə, iyulunda isə 50% bahalaşdı və beləliklə 7 ay ərzində istiliyin qiyməti 3 dəfə artmış oldu.
Oxu24.com xəbər verir ki,qiymət 3 dəfə artandan - yəni hər kv.m-ə görə 15 qəpikdən 45 qəpiyə qalxandan sonra istiliyə görə ödəniş köhnə tikililərdə ayda ortalama ən azı 18, yeni tikililərdə isə 30 manat təşkil edir. Yəni kv.m-ə görə təxmini hesablayırıq - binalarda 1, 2, 3, 4 otaqlı mənzillərin olduğunu nəzərə alıb, ikiotaqlı mənzilə görə qiymət çıxarırıq.
İstilik Bakıda 15 noyabrdan başlayır və 15 aprelə qədər davam edir. 15 noyabrdan başlanması o deməkdir ki, 14 noyabrdan 15 noyabra keçən gecə - 15 noyabr tarixinin başlandığı 00:00-da mənzillərə, məktəblərə və digər obyektlərə istilik verilməlidir.
Bakının hansı ərazilərinə istiliyin verilməsinə başlandığı haqda “Azəristiliktəchizat”ın hələ rəsmi açıqlaması yoxdur, ancaq bir çox ərazidə istiliyin verilmədiyi dəqiqdir, çünki abonentlərin şikayətləri var və o abonentlərdən biri də bəndənizdir.
Bir aylıq qiyməti hesabladığımız üçün bir günlük qiyməti də təxmin etmək mümkündür: mənzilbaşına 1 manat. Bu gün noyabrın 17-si olduğunu və istiliyin hələ də bir çox ərazilərə verilmədiyini nəzərə alsaq, demək, mənzilbaşına 3 manat artıq “istifadə edilib”.
Sizcə, indiyə qədər istiliklə təmin olunmayan neçə mənzil olar Bakıda? Paytaxtda rəsmi 2 milyon 400 min adam yaşadığını, bunların yarısının “Azəristilik”dən istilik aldığını, onların da yarısının - yəni 600 minin istiliklə 3 gündür təmin edilmədiyini düşünək və bu 600 minin də 150 min mənzildə məskunlaşdığını təxmin edək - hər 4 nəfərə 1 mənzil yəni. Bu, ədalətli yanaşmadır və minimal rəqəmlərdir.
3 gün müddətində xidmət göstərilməyən məbləğ yarım milyona çatırmı?
Amma bu yalnız mənzillərə aiddir: bəs, məktəblər, bağçalar, digər obyektlər? Onlarda necədir vəziyyət?
Həmçinin oxuyun
15 noyabrda istilik verilməyib, 16-20 noyabrda da orta məktəblərdə tətildir - elədi 6 gün!
“Azəristiliktəchizat” ASC istiliyi 3 gündür vermədiyinə görə hələ abonentlərindən üzr istəməyib, bağışlanmasını diləməyib, bu 3 günlük gecikməyə görə hansı kompensasiya təklif edəcəyini açıqlamayıb və əlbəttə ki, heç vaxt da açıqlamayacaq, çünki illərlə bu cür işləyiblər. Əvəzində aylıq abunəni mütləq tələb edəcək və alacaq, almadığı halda ödəniş etməyən bir neçə sakinə görə bütün binanın istiliyini kəsəcək.
Amma bu hələ o demək deyil ki, bu 3 günlə məsələ tamamlanıb: hələ istilik verilməyib və bunun neçə gün davam edəcəyi bəlli deyil.
“Azəristiliktəchizat” ASC xidmət edilməyən günlərə görə aldığı məbləğlərin hesabını haçan və kimə verəcək?
Mənbə:Axar.az
14:14 / 15 Yanvar 2026
1
14:02 / 15 Yanvar 2026
140
13:57 / 15 Yanvar 2026
35
13:47 / 15 Yanvar 2026
55
13:41 / 15 Yanvar 2026
143
13:38 / 15 Yanvar 2026
104
13:17 / 15 Yanvar 2026
698
12:50 / 15 Yanvar 2026
59
12:39 / 15 Yanvar 2026
52
12:29 / 15 Yanvar 2026
70
12:18 / 15 Yanvar 2026
314
12:10 / 15 Yanvar 2026
709
11:52 / 15 Yanvar 2026
1042
11:47 / 15 Yanvar 2026
190
11:42 / 15 Yanvar 2026
102
11:34 / 15 Yanvar 2026
480
11:13 / 15 Yanvar 2026
87
11:00 / 15 Yanvar 2026
1786
10:52 / 15 Yanvar 2026
229
10:39 / 15 Yanvar 2026
244
10:38 / 15 Yanvar 2026
97
10:36 / 15 Yanvar 2026
103
10:34 / 15 Yanvar 2026
132
10:11 / 15 Yanvar 2026
520
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.