Bakıda və Abşeronda bu ərazilərdə olan evlər söküləcək
04 Fevral 2026, 20:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
521
17.11.2025, 12:57
“Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət! 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar. Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi”.
Oxu24.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşıb.
“O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.
Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər! Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!” - deyə, o bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin sosial şəbəkələrdə təkərli oturacaqda çəkilmiş fotosu müzakirələrə səbəb olub.
21:03 / 04 Fevral 2026
1
20:53 / 04 Fevral 2026
16
20:48 / 04 Fevral 2026
47
20:46 / 04 Fevral 2026
25
20:31 / 04 Fevral 2026
91
20:27 / 04 Fevral 2026
29
20:24 / 04 Fevral 2026
82
20:18 / 04 Fevral 2026
81
20:16 / 04 Fevral 2026
49
20:08 / 04 Fevral 2026
52
20:06 / 04 Fevral 2026
140
19:56 / 04 Fevral 2026
227
19:50 / 04 Fevral 2026
40
19:39 / 04 Fevral 2026
218
19:33 / 04 Fevral 2026
149
19:26 / 04 Fevral 2026
104
19:14 / 04 Fevral 2026
68
18:47 / 04 Fevral 2026
72
18:36 / 04 Fevral 2026
78
18:28 / 04 Fevral 2026
123
18:21 / 04 Fevral 2026
100
18:12 / 04 Fevral 2026
88
18:03 / 04 Fevral 2026
2554
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.