Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
17.11.2025, 11:29
Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.
“Qafqazinfo” sözügedən görüntü ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.
Anar Rzayev saytımıza açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.
Yazıçı “Hazırda evdəsinizmi?” sualımıza isə “Sağ olun” deyərək dəstəyi asıb.
Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.
***
Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid sosial şəbəkə hesabında Anarın yayılan fotosuna münasibət bildirib: “Özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağı ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən Anar İstanbulun uzun aeroportunda bu xidmətdən ara-sıra istifadə edib. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.
Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib onunla şəkil çəkdirə bilərlər!
Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.