Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
17.11.2025, 10:11
Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb.
Oxu24.com xəbər verir ki, hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri-baş leytenant cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma, öskürək və digər respirator simptomlardan əziyyət çəkib. Lakin komandir onun xəstəliyini kifayət qədər ciddi qiymətləndirməyib və tibb məntəqəsinə göndərilməsini təmin etməyib. Əksinə, yalnız qaynar su ilə qəbul edilən toz dərman vasitəsi verilməklə xidmətdə qalması tapşırılıb.
Xəstəlik isə inkişaf edərək kəskin tənəffüs çatışmazlığına səbəb olub və Pərviz Məmmədzadə dünyasını dəyişib.
Gəncə Hərbi Məhkəməsi ilkin mərhələdə komandir barəsində bəraət hökmü çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, baş leytenantın ölümə səbəb ola biləcək səviyyədə xəstəliyi bilməsi sübut edilməyib.
Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Prokuror məhkəməyə təqdim edib ki, komandir baş çavuşun xəstə olduğunu bilib və ona dərman verməsi də bunu təsdiqləyir. Eyni zamanda hadisə üzrə digər hərbçilər də Pərviz Məmmədzadənin səhhətində problemlər olduğunu ifadələrində qeyd ediblər.
Gəncə Apellyasiya Məhkəməsi ittiham tərəfinin arqumentlərini əsaslı hesab edərək komandiri Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Cinayət işində mərhum baş çavuşun atası Baba Məmmədzadənin ifadəsi də yer alıb. O, komandirdən şikayətçi olmadığını, lakin oğlunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edib.
Ata həmçinin qeyd edib ki, oğlu ölümündən bir neçə gün əvvəl zəng edərək hospitala yerləşdiriləcəyini deyib:
“Bizə xəstələndiyini demədi. Yıxıldığını, qolunun qırıldığını və buna görə hospitala gedəcəyini söylədi. Səsində burun tutulması hiss edirdim. Amma xəstə olmadığını dedi. Bizi narahat etmək istəməyib. Sonradan öyrəndik ki, qolu da qırılmayıbmış”.
(Teleqraf)
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.