Bu gündən başlayaraq 5 gün davam edəcək — ƏHALİYƏ XƏBƏRDARLIQ
21 May 2026, 10:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3124
14.11.2025, 22:15
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
Oxu24.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, riyazi kibernetika sahəsinin tanınmış nümayəndəsi, “Şöhrət” ordenli alim, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr 2025-ci ildə vəfat edib.
Kamil Mənsimov 1950-ci ildə Biləsuvarda anadan olub, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirib. O, uzun illər Azərbaycan MEA Kibernetika İnstitutu və Bakı Dövlət Universitetində çalışıb, riyazi kibernetika və optimal idarəetmə sahəsində fundamental tədqiqatlar aparıb.
Professor mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlərin verilməsi, yeni idarəetmə üsullarının işlənməsi və müxtəlif tip sistemlərdə məxsusi idarələrin tədqiqi ilə elmi məktəb formalaşdırıb. Onun rəhbərliyi ilə onlarla mühüm elmi nəticə əldə olunub, 325 elmi əsər, o cümlədən 5 monoqrafiya nəşr edilib. Alim 12 fəlsəfə doktoru yetişdirib.
Elmə verdiyi töhfələrə görə Kamil Mənsimov Prezident İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub./modern
10:06 / 21 May 2026
5
10:05 / 21 May 2026
7
10:03 / 21 May 2026
16
10:00 / 21 May 2026
22
09:53 / 21 May 2026
24
09:30 / 21 May 2026
41
09:14 / 21 May 2026
41
00:59 / 21 May 2026
249
00:33 / 21 May 2026
265
23:47 / 20 May 2026
153
23:36 / 20 May 2026
305
23:16 / 20 May 2026
293
22:52 / 20 May 2026
249
22:49 / 20 May 2026
97
22:39 / 20 May 2026
113
22:28 / 20 May 2026
107
22:25 / 20 May 2026
94
22:19 / 20 May 2026
107
22:14 / 20 May 2026
223
22:10 / 20 May 2026
294
22:08 / 20 May 2026
351
22:05 / 20 May 2026
102
22:03 / 20 May 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.