Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
913
14.11.2025, 19:14
Gələn il üçün dövlət büdcəsində əməkhaqqı ilə bağlı ödənişlərin həcmi 8 milyard 251,6 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin gözlənilən göstəricisi ilə müqayisədə 661,6 milyon manat və ya 8,7 faiz çoxdur.
Maaşlar arta bilərmi? Ödənişlər hansı istiqamətə yönəldiləcək?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, ayrılan vəsaitin konkret olaraq hansı sahələri əhatə edəcəyi barədə dəqiq məlumat yoxdur:
“Lakin ilin sonu və gələn ilin əvvəlində bu mövzuda rəsmi açıqlamaların veriləcəyi gözlənilir. Fikrimcə, əməkhaqqı ilə bağlı xərclərin belə formalaşması sosial rifahın yüksəldilməsinə yönəlmiş mühüm addımdır. Xüsusilə bu, dövlət qulluğunda çalışan şəxslərin – müəllimlərin, həkimlərin, mədəniyyət, sosial və digər sahələrdə fəaliyyət göstərən dövlət işçilərinin gəlirlərinin artırılması məqsədini daşıyır”.
Deputat bildirib ki, bu qərar inflyasiya amilinin nəzərə alınması ilə də izah olunur:
“Büdcə tərtib edilərkən dövlət həm iqtisadi sabitliyi, həm də vətəndaşların real gəlirlərinin qorunmasını prioritet kimi götürür. Buna görə də əməkhaqqı artımı yalnız nominal deyil, sosial rifah baxımından əhəmiyyətli təsir göstərə bilər. Ümumilikdə, 2026-cı il üçün nəzərdə tutulan bu artım dövlət sektorunda çalışanların həyat səviyyəsinin yaxşılaşdırılması, dövlət qulluğuna marağın artırılması və ictimai xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş addım kimi qiymətləndirilir”.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.