SON DƏQİQƏ! Yeni rəis təyin OLUNDU
21 May 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
550
14.11.2025, 10:20
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Piyada vurma hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar. Müşahidələr göstərir ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük hissəsi piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, nəqliyyat vasitələrinin qarşısına qəfil çıxması, yolu keçərkən ətrafı lazımi qədər qiymətləndirməməsi və ümumilikdə qaydalara etinasız yanaşması ilə bağlıdır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xatırladır ki, yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməklə keçmək, svetoforun siqnallarına əməl etmək və hərəkətə başlamazdan əvvəl sürücülərlə göz təması yaratmaq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir:
"Yolu keçərkən mobil telefondan və qulaqcıqlardan istifadə diqqəti yayındırır və qəza ehtimalını artırır. Eyni zamanda dayanmış nəqliyyat vasitələrinin önündən qəfil yola çıxmaq və qaçaraq yolu keçməyə cəhd etmək həyatınıza bir anda son qoya bilər, çünki bu hal sürücülərin sizi vaxtında görməsini və manevr etməsini demək olar ki, mümkünsüz edir".
"BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır. Unutmayaq ki, təhlükəsiz davranış nümayiş etdirən hər bir piyada həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumuş olur",- deyə məlumatda qeyd edilib.
11:33 / 21 May 2026
1
11:29 / 21 May 2026
13
11:15 / 21 May 2026
135
11:11 / 21 May 2026
25
11:00 / 21 May 2026
42
10:56 / 21 May 2026
56
10:48 / 21 May 2026
223
10:39 / 21 May 2026
149
10:38 / 21 May 2026
50
10:34 / 21 May 2026
55
10:23 / 21 May 2026
49
10:19 / 21 May 2026
55
10:16 / 21 May 2026
57
10:13 / 21 May 2026
103
10:06 / 21 May 2026
61
10:05 / 21 May 2026
53
10:03 / 21 May 2026
211
10:00 / 21 May 2026
57
09:53 / 21 May 2026
52
09:30 / 21 May 2026
58
09:14 / 21 May 2026
145
00:59 / 21 May 2026
265
00:33 / 21 May 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.