Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1206
13.11.2025, 20:16
Bizim müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən biri onların həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur.
Oxu24.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır.
Bu model tamamilə könüllü olacaq. Heç kəs məcbur edilməyəcək. Rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacaq – məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s.
Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək. İstəməyənlər isə yenə də sovet dövründən qalmış saatlıq sistemdə – "stavka" əsasında fəaliyyət göstərə bilər.
Ancaq biz anlamalıyıq ki, bu sistemin alternativi yoxdur və “stavka” sistemi artıq özünü doğrultmur. Bu, dəyişməli və 100 illik köhnə təcrübədən qurtulmalı islahatdır", - o qeyd edib.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.