Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
13.11.2025, 11:01
Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.
FHN-dən Oxu24.com-a verilən xəbərə görə, sənəd BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn müvafiq öhdəliklərin icrası məqsədinə xidmət edir.
Fəaliyyət Planına əsasən, əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedici və yanğınsöndürənlərinin əlilliyi olan şəxslərə yardım göstərilməsi üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunacaq və əlilliyi olan şəxslərin “112” qaynar telefon xəttinə müraciətlərinin qəbul edilməsi üzrə müasir texnologiya və üsulların tətbiqi imkanları araşdırılacaq.
Sənəddə əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq, o cümlədən SMS xidməti və məlumatlandırma üzrə tətbiqlərin yaradılması, fövqəladə hadisə baş verdikdə əlilliyi olan şəxslərin reabilitasiya və sosial xidmət müəssisələri barədə məlumat mübadiləsinin aparılması, onların təxliyəsi, qeydiyyatı, müvəqqəti yerləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulub.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.