“Uşaqpulu tənbəllik yarada bilər” – Deputatın açıqlaması gündəm oldu
21 May 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1848
12.11.2025, 15:51
Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxsin vətəndaşa qarşı dələduzluq etdiyi iddia olunur.
Bu barədə Ucar rayon sakini Vəliyev Mübariz Vəli oğlu Oxu24.com saytına müraciətində bildirib.
Mübariz Vəliyevin sözlərinə görə,özünü dövlət qurumunun vəzifəli əməkdaşı kimi təqdim edən Kamil adlı şəxs avtomobil icarəsi vədi ilə ondan 150 manat pul alıb.
"Mən ailəmi taksi sürməklə dolandırıram.Oktyabrın 8-də maşınıma bir şəxs mindi.Söhbət əsasında mənə polis olduğunu və Xəzər Rayon Polis İdarəsində əməliyyatçı işlədiyini bildirdi.
Özünü Kamil kimi təqdim edən şəxs söhbətimiz zamanı qardaşının avtomobil kirayə verən şirkəti olduğunu bildirdi.Mənə oradan işləmək üçün kirayəyə avtomobil götürməyə kömək edəcəyini dedi.
Bu məqsədlə özünün istifadəsində olan 050 666 71 *7 mobil telefonunu əlaqə vasitəsi kimi mənə verdi.Bu ilin oktyabrın 8-də ona yazdım və avtomobilin necə,harada mənə veriləcəyini soruşdum.
Kamil bunun üçün müəyyən ödnişlərin lazım olduğunu bildirdi və məndən ümumilikdə 150 manat pul istədi.Ödənişləri müxtəlif rəqəmlər olmaqla onun təqdim etdiyi 5239 1517 2182 31 *5 kart hesabına göndərdim.
Bütün bunları sübut edən çeklər,yazışmalar və danışıqlar mövcuddur.Ödənişi etdikdən sonra avtomobilin nə vaxt veriləcəyini soruşduqda müxtəlif bəhaələrlə işi uzatdı.Aldadıldığımı görəndə ondan 102-yə şikayət edəcəyimi bildirdim.
Cavabında mənə "102 sənə adboy verər,məni 102 ilə zad hədələmə" sözlərini dedi.Bundan sonra mən rəsmi qaydada şikayət etdim.Tələbim həmin şəxsin tapılıb,cəzalandırılması və mənə dəymiş ziyanın geri qaytarılmasıdır",-deyə şikayətçi bildirib.
Fotoda şikayətçi Mübariz Vəliyevdir
Özünü vəzifəli şəxs kimi təqdim edən Kamil bu addan istifadə edərək rəsmi şəxslərlə də danışıb.Bu barədə şikayətçi Mübariz Vəliyev özü bildirib.
"Maşında gedəndə mənə məhkəmədən zəng gəldi.Uşağa görə aliment ödəməli idim.İki aydır ki,pulu verə bilmədiyim üçün keçmiş həyat yoldaşım məhkəməyə vermişdi.
Bu məsələ ilə bağlı məhkəmənin əməkdaşı ilə danışdığımı Kamil də eşitdi.Telefonu götürüb Ucar Rayon Polis İdarəsinin əməkdaşı ilə danışdı.Məni guya ona tapşırdı ki,alimentə görə məni həbs etməsinlər.Bu yolla bir neçə dəfə vəzifəli şəxs adından istifadə edib",-deyə şikayətçi bildirib.
Oxu24.com məsələdə adı hallanan Kamil adlı şəxslə danışıb.O,açıqlamasında ilk olaraq dövlət qurumlarından birinin əməkdaşı olduğunu desə də,sonradan bunu inkar etdi.O,açıqlamasında ondan şikayət edən Mübariz Vəliyevi tanımadığını bildirdi.
Oxu24.com məsələ ilə bağlı DİN-ə sorğu ünvanlayıb.
Hazırladı: Miri Məcidli
14:59 / 21 May 2026
8
14:53 / 21 May 2026
14
14:49 / 21 May 2026
23
14:47 / 21 May 2026
34
14:34 / 21 May 2026
88
14:02 / 21 May 2026
59
14:01 / 21 May 2026
125
13:57 / 21 May 2026
50
13:44 / 21 May 2026
70
13:35 / 21 May 2026
192
13:31 / 21 May 2026
148
13:27 / 21 May 2026
69
13:26 / 21 May 2026
59
13:08 / 21 May 2026
56
13:05 / 21 May 2026
60
13:01 / 21 May 2026
56
12:53 / 21 May 2026
217
12:50 / 21 May 2026
287
12:47 / 21 May 2026
112
12:39 / 21 May 2026
57
12:37 / 21 May 2026
68
12:35 / 21 May 2026
188
12:29 / 21 May 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.