Bakıdan Tiflisə gedən qatarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
21 May 2026, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
18744
12.11.2025, 08:48
“3 və daha çox uşağı olan analara pensiyaya 5 il tez çıxmaq imkanı verilməsi dövlətin çoxuşaqlı ailələri stimullaşdırmaq istiqamətində atdığı sosial təşviq addımı kimi qiymətləndirilə bilər. Bu, ailə institutunun güclənməsinə və doğum səviyyəsinin müəyyən qədər artmasına müsbət təsir göstərə bilər”.
Oxu24.com xəbər verir ki, bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib.
O diqqətə çatdırıb ki, reallıqda ailələrin uşaq sayına təsir edən əsas amillər sosial təminat, iqtisadi sabitlik, mənzil problemi və qadınların əmək bazarındakı vəziyyəti ilə bağlıdır:
“Yəni təkcə pensiya güzəşti ailələrin çoxuşaqlı olmağa qərar verməsində həlledici motivasiya yarada bilməz. Xüsusilə gənc nəsil daha çox maddi sabitliyə, iş imkanlarına və uşaqlara keyfiyyətli təhsil, səhiyyə təmin etməyə üstünlük verir. Bununla belə, belə bir güzəştin tətbiqi cəmiyyətdə çoxuşaqlı ailələrin nüfuzunu artırmaq, anaların sosial statusunu gücləndirmək baxımından müsbət addım ola bilər”.
Sosioloq qeyd edib ki, bu təşəbbüs dövlətin ailə institutuna və qadın əməyinə verdiyi dəyəri simvolik şəkildə nümayiş etdirər:
“Bununla paralel şəkildə uşaqpulu sisteminin bərpası, uşaq bağçalarının əlçatanlığı və gənc ailələr üçün sosial dəstək proqramlarının genişləndirilməsi də vacibdir.
Əks halda, bu təşviq yalnız kağız üzərində qalar. Belə güzəşt demoqrafik artımı qismən təşviq edə bilər, amma əsl effekt üçün ailələrin sosial rifahı və qadınların sosial təminatı geniş miqyasda yaxşılaşdırılmalıdır”.
16:07 / 21 May 2026
1
16:02 / 21 May 2026
8
16:00 / 21 May 2026
13
15:54 / 21 May 2026
18
15:46 / 21 May 2026
29
15:43 / 21 May 2026
35
15:31 / 21 May 2026
30
15:24 / 21 May 2026
50
15:02 / 21 May 2026
134
15:01 / 21 May 2026
299
14:59 / 21 May 2026
60
14:53 / 21 May 2026
59
14:49 / 21 May 2026
48
14:47 / 21 May 2026
56
14:34 / 21 May 2026
133
14:02 / 21 May 2026
71
14:01 / 21 May 2026
165
13:57 / 21 May 2026
58
13:44 / 21 May 2026
75
13:35 / 21 May 2026
228
13:31 / 21 May 2026
160
13:27 / 21 May 2026
74
13:26 / 21 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.