Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
21 May 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
588
11.11.2025, 20:49
“Boş Yer” – Azərbaycanda ilk dəfə tam yaradıcı heyəti tələbələrdən ibarət olan bədii film təqdim olundu
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanın kino mühitində ilk dəfə olaraq tam yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı bədii film – *“Boş Yer”*in təqdimatı keçirilib.

Ekran əsəri orijinal və dramatik hekayəsi ilə seçilir. “Boş Yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri kimi aktual mövzular vurğulanır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır. Filmin xronometrajı 101 dəqiqədir. Ssenari müəllifi də – Rəhman Fürqətoğludur.
Təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru Pərviz Həmzəyev gənclərin yaradıcı layihələrdə iştirakının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Boş Yer” filmi peşə təlimlərinin nəticələrinin real istehsalat məhsuluna dönüşməsinin ən gözəl nümunəsidir. O bildirib ki, film təkcə bir kino işi deyil, tələbələrin praktiki bacarıqlarının, öz güclərinə inamının və komanda şəklində işləmə vərdişlərinin göstəricisidir.
Çıxışlar zamanı layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulandı və filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyi qeyd olundu.
17:14 / 21 May 2026
1
17:07 / 21 May 2026
13
16:58 / 21 May 2026
19
16:46 / 21 May 2026
92
16:44 / 21 May 2026
32
16:42 / 21 May 2026
43
16:41 / 21 May 2026
37
16:31 / 21 May 2026
38
16:29 / 21 May 2026
40
16:07 / 21 May 2026
245
16:02 / 21 May 2026
52
16:00 / 21 May 2026
48
15:54 / 21 May 2026
53
15:46 / 21 May 2026
55
15:43 / 21 May 2026
66
15:31 / 21 May 2026
56
15:24 / 21 May 2026
64
15:02 / 21 May 2026
221
15:01 / 21 May 2026
411
14:59 / 21 May 2026
70
14:53 / 21 May 2026
70
14:49 / 21 May 2026
58
14:47 / 21 May 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.