Bu şəxslərə hər ay 100 manat kirayə pulu veriləcək
21 May 2026, 17:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
797
11.11.2025, 11:17
Bakıda bir çox istiqamətlərdə xətlərə yeni avtobuslar buraxılsa da,hələ də köhnə nəqliyyat vasitələrinin ümidinə qalanlar da var.Bu isə sakinlərin narahatlığına və narazılığına səbəb olur.Belə problemlərdən biri də 50 nömrəli marşrut avtobusunda yaşanır.
Yeni Günəşli “D Massivi”ndən “Xalqlar Dostluğu” və “Neftçilər” metrostansiyaları istiqamətinə hərəkət edən avtobusların istismar müddətini başa vurması adi gözlə də görünür.
Bu barədə Oxu24.com-a ərazidə yaşayan və bu marşrutdan gündəlik istifadə edən bir qrup sakin məlumat verib.
Sakinlərin sözlərinə görə,50 nömrəli avtobuslar köhnə olduğundan müasir tələblərlə ayaqlaşa bilmir.
“Bu,avtobuslar köhnədir.Əraziyə gec gedib,çatır.Həmçinin tez-tez yollarda xarab olur.Bir də görürsən ki,alışıb yandı.İnsanlar üçün də təhlükəlidir. İstəyirik ki,bizim də istifadə etdiyimiz avtobuslar yenilənsin deyə”,- sakin Rüfət Hacıyev açıqlamasında bildirib.
Qeyd edək ki,sözügedən ərazidə əhalinin məskunlaşması son illərdə daha çox müşahidə olunub. Yeni Günəşlidə yeni yaşayış massivlərinin salınması bu prosesi daha da sürətləndirib.Bu faktları nəzərə alıb,sözügedən ərazidə nəqliyyatın yenilənməsinə ehtiyac var.
Rəsmi məlumata görə, sözügedən marşrutdan gündəlik 10 minə yaxın sərnişin istifadə edir.
Sayt məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu ünvanlayıb.
Hazırladı: Fuad
17:56 / 21 May 2026
1
17:45 / 21 May 2026
38
17:25 / 21 May 2026
54
17:14 / 21 May 2026
49
17:07 / 21 May 2026
254
16:58 / 21 May 2026
59
16:46 / 21 May 2026
149
16:44 / 21 May 2026
50
16:42 / 21 May 2026
60
16:41 / 21 May 2026
64
16:31 / 21 May 2026
52
16:29 / 21 May 2026
52
16:07 / 21 May 2026
298
16:02 / 21 May 2026
61
16:00 / 21 May 2026
60
15:54 / 21 May 2026
65
15:46 / 21 May 2026
65
15:43 / 21 May 2026
78
15:31 / 21 May 2026
64
15:24 / 21 May 2026
76
15:02 / 21 May 2026
266
15:01 / 21 May 2026
453
14:59 / 21 May 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.