Uşaqlara bir ölçü böyük bez bağlayın - Yoxsa...
23 May 2026, 01:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
10.11.2025, 17:11
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu işçilərin haqq-hesab sənədləri ilə bağlıdır.
Haqq-hesab işçi işdən çıxan zaman edilən son pul ödənişi deməkdir.
Əmək Məcəlləsinin 173-cü maddəsində bu haqda bəhs olunub.
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:
hesablanmış əmək haqqının ümumi məbləği;
əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;
faktik ödənilən məbləğ;
tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.[268]
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.
5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir.
Miri Məcidli
01:03 / 23 May 2026
103
00:16 / 23 May 2026
133
00:09 / 23 May 2026
144
00:06 / 23 May 2026
110
00:04 / 23 May 2026
68
00:00 / 23 May 2026
138
23:49 / 22 May 2026
93
23:45 / 22 May 2026
230
23:43 / 22 May 2026
157
23:38 / 22 May 2026
105
23:30 / 22 May 2026
168
23:30 / 22 May 2026
92
23:19 / 22 May 2026
103
23:18 / 22 May 2026
121
23:14 / 22 May 2026
114
23:02 / 22 May 2026
306
22:56 / 22 May 2026
84
22:56 / 22 May 2026
85
22:52 / 22 May 2026
149
22:47 / 22 May 2026
80
22:40 / 22 May 2026
215
22:34 / 22 May 2026
857
22:16 / 22 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.