Milli Qəhrəmanın atası vəfat etdi - Foto
05 Dekabr 2025, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
612
08.11.2025, 00:46
8 Noyabr – Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, tariximizin ən parlaq və şərəfli səhifələrindən biridir. Bu gün müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin, ordumuzun igidliyinin və şəhidlərimizin müqəddəs qanının rəmzidir. Zəfər Günü Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, 30 illik həsrətə son qoyulması və xalqımızın öz torpaqlarına qovuşmasının təntənəsidir.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri oldu. Bu müharibə təkcə torpaqların azad edilməsi uğrunda deyil, həm də milli qürurumuzun, azadlıq və ədalətin bərpası uğrunda mübarizə idi. Ermənistanın illərlə davam edən işğalına son qoymaq, yüz minlərlə məcburi köçkünün doğma yurduna dönməsi üçün Azərbaycan xalqı bir yumruq kimi birləşdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşmən ordusu darmadağın edildi. Hər bir döyüş, hər bir addım azadlıq yolunda bir zəfərə çevrildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və nəhayət, Şuşa şəhərinin azad olunması ilə Azərbaycan əsgəri 8 Noyabrda tarixi qələbəyə imza atdı.
Şuşanın azadlığı təkcə hərbi üstünlüyün nəticəsi deyildi bu, həm də milli ruhun, mənəvi gücün təntənəsi idi. Xalqın 30 illik səbrinin, ümidinin və dualarının cavabı idi. 8 Noyabr günü hər bir azərbaycanlının qəlbində əbədi Zəfər bayramına çevrildi.
Bu Zəfər asanlıqla qazanılmadı. Onun arxasında minlərlə qəhrəman oğul və qızımızın canı, qanı, fədakarlığı dayanır. Şəhidlərimiz Vətən torpağının azadlığı, xalqımızın başıucalığı naminə canlarından keçdilər. Onların hər biri Azərbaycan tarixinin ölməz qəhrəmanlarıdır.
Bu gün biz azad Şuşadan, Cıdır düzündən, Laçından danışa biliriksə, bu, şəhidlərimizin qəhrəmanlığı sayəsindədir. Onların ruhu qarşısında baş əyir, qazilərimizin şücaətini böyük ehtiramla yad edirik. Hər bir şəhidin ailəsi, hər bir qazinin igidliyi bu xalqın mənəvi sütunlarına çevrilib.
Zəfər Günü yalnız hərbi qələbə deyil, həm də siyasi və mənəvi dirçəlişin simvoludur. Bu Qələbə Azərbaycanın beynəlxalq arenada gücünü, müstəqil siyasətinin nəticələrini göstərdi. Ədalət 30 ildən sonra bərpa olundu.
Azərbaycan dövləti sübut etdi ki, öz torpaqlarını azad etmək üçün kifayət qədər gücə, iradəyə və milli birliyə malikdir. Bu, həm də gələcək nəsillər üçün örnəkdir: heç bir ədalətsizlik əbədi ola bilməz, haqq gec-tez öz yerini tapır.
Zəfər həm də xalqın dövlətə inamının nəticəsidir. Müharibə dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşərək ordusuna, rəhbərinə güvəndi. Bu birlik sayəsində Azərbaycan tarix yazdı.
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa - Zəfərin zirvəsi, Qələbənin tacıdır. 8 Noyabrda Şuşanın azad olunması ilə Azərbaycan tarixi ədaləti bərpa etdi. Şuşanın azadlığı həm mənəvi, həm də strateji baxımdan həlledici idi.
Şuşa təkcə bir şəhər deyil, bir simvoldur, milli kimliyimizin, musiqimizin, ədəbiyyatımızın, qürurumuzun məkanıdır. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün doğulduğu bu şəhərin azad olunması xalqımıza sonsuz sevinc gətirdi.
Bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır, azan səsi eşidilir, bayram tədbirləri keçirilir. Bütün bunlar xalqımızın birliyinin və ordumuzun qəhrəmanlığının bəhrəsidir.
Zəfər Günü hər bir azərbaycanlı üçün vətənpərvərlik, fədakarlıq və birlik dərsidir. Biz bu qələbəni gələcək nəsillərə ötürməli, bu ruhu daim yaşatmalıyıq.
44 günlük müharibə göstərdi ki, Vətən sevgisi hər şeydən güclüdür. Əsgərlərimiz sinəsini güllə qarşısında sipər etdilər, analar övladlarını Vətən uğrunda şəhid verərək göz yaşını gizlətdilər. Bu xalqın ruhunu heç kim sındıra bilməz.
Həmçinin oxuyun
Bu gün məktəblərdə, universitetlərdə, ailələrdə Zəfər Günü haqqında danışmaq, onu yaşatmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək bizim mənəvi borcumuzdur.
Zəfər Günü Azərbaycan xalqına tarix boyu yaşadığı ən böyük sevinc və qürur hissini bəxş etdi. 30 il ərzində işğal altında qalmış torpaqlarımız azad edildi, ədalət bərpa olundu.
Bu gün Qarabağda həyat yenidən canlanır, şəhərlərimiz, kəndlərimiz bərpa olunur. Dövlətimizin məqsədi azad edilmiş ərazilərdə firavan və təhlükəsiz həyatın qurulmasıdır.
Qarabağın hər bir daşı, hər bir ağacı artıq azaddır. Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq, bayrağımız bu səmalarda daima dalğalanacaq.
8 Noyabr Zəfər Günü yalnız bir tarix deyil bu, millətin qürur manifestidir. Bu qələbə Azərbaycan xalqının iradəsini, dözümünü, birliyini və dövlətinə sarsılmaz inamını nümayiş etdirdi.
Bu gün hər birimiz fəxrlə deyirik:
Biz qalib xalqıq! Bizim ordumuz qalib ordudur!
Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin qarşısında minnətdarlıqla dayanırıq. Bu torpaq onların qəhrəmanlığı ilə müqəddəsdir.
Zəfər Günü gələcək nəsillərə bir çağırışdır — Vətənini sev, onu qoru, onun uğrunda fədakarlığa hazır ol. Çünki azadlıq, müstəqillik və torpaq sevgisi hər bir azərbaycanlının qanındadır.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Müzəffər Ordumuz!
Qarabağ Azərbaycandır!
Yeni Azərbaycan Partiyasının üzvü Vüsal Hümbətzadə
13:21 / 05 Dekabr 2025
1
13:18 / 05 Dekabr 2025
16
13:12 / 05 Dekabr 2025
13
13:02 / 05 Dekabr 2025
24
12:53 / 05 Dekabr 2025
97
12:46 / 05 Dekabr 2025
34
12:41 / 05 Dekabr 2025
91
12:36 / 05 Dekabr 2025
47
12:34 / 05 Dekabr 2025
213
12:32 / 05 Dekabr 2025
29
12:32 / 05 Dekabr 2025
30
12:22 / 05 Dekabr 2025
43
12:03 / 05 Dekabr 2025
1201
11:55 / 05 Dekabr 2025
48
11:48 / 05 Dekabr 2025
59
11:42 / 05 Dekabr 2025
205
11:36 / 05 Dekabr 2025
127
11:33 / 05 Dekabr 2025
139
11:17 / 05 Dekabr 2025
1010
11:14 / 05 Dekabr 2025
59
11:00 / 05 Dekabr 2025
150
10:52 / 05 Dekabr 2025
49
10:46 / 05 Dekabr 2025
76
10:44 / 05 Dekabr 2025
51
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.