Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
613
08.11.2025, 00:23
Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür.
Oxu24.com xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.
Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.
Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İsgəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub.
2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.
10:08 / 23 May 2026
71
01:03 / 23 May 2026
230
00:16 / 23 May 2026
439
00:09 / 23 May 2026
354
00:06 / 23 May 2026
210
00:04 / 23 May 2026
152
00:00 / 23 May 2026
407
23:49 / 22 May 2026
149
23:45 / 22 May 2026
512
23:43 / 22 May 2026
345
23:38 / 22 May 2026
243
23:30 / 22 May 2026
242
23:30 / 22 May 2026
136
23:19 / 22 May 2026
156
23:18 / 22 May 2026
176
23:14 / 22 May 2026
188
23:02 / 22 May 2026
721
22:56 / 22 May 2026
126
22:56 / 22 May 2026
133
22:52 / 22 May 2026
292
22:47 / 22 May 2026
123
22:40 / 22 May 2026
296
22:34 / 22 May 2026
1211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.