Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
18322
08.11.2025, 00:16
Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin doğum günüdür.
Oxu24.com bildirir ki,Nağıyev Əli Nağı oğlu 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb.
Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb.
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
Mükafatlar
Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür;
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı;
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni;
Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli 140 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı;
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli 672 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı;
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni;
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 1952 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni;
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Zəfər" ordeni.
Oxu24.com kollektivi cənab Əli Nağıyevi doğum günü münasibəti ilə təbrik edir.Ona bu şərəfli və çətin yolda uğurlar arzu edir.
Miri Məcidli
10:08 / 23 May 2026
71
01:03 / 23 May 2026
230
00:16 / 23 May 2026
439
00:09 / 23 May 2026
354
00:06 / 23 May 2026
210
00:04 / 23 May 2026
152
00:00 / 23 May 2026
407
23:49 / 22 May 2026
149
23:45 / 22 May 2026
512
23:43 / 22 May 2026
345
23:38 / 22 May 2026
243
23:30 / 22 May 2026
242
23:30 / 22 May 2026
136
23:19 / 22 May 2026
156
23:18 / 22 May 2026
176
23:14 / 22 May 2026
188
23:02 / 22 May 2026
721
22:56 / 22 May 2026
126
22:56 / 22 May 2026
133
22:52 / 22 May 2026
292
22:47 / 22 May 2026
123
22:40 / 22 May 2026
296
22:34 / 22 May 2026
1211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.