Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1205
07.11.2025, 11:37
Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı.
Bir faktı istintaq orqanlarına çatdırıram. Təxminən 2010-cu illər Ramiz Mehdiyev öz şəbəkəsini üstümə salan vaxtı Azərbaycanda hörmətli bir professor mənə çox maraqlı bir faktı açıqlamışdı. Onun dediyinə görə özü Gürcüstanın Qaradabani rayonunun Roza kəndində anadan olub. Mən də həmin rayonda böyüdüyümdən araşdırmam zamanı bildim ki, hal-hazırda həmin kənd mövcud deyil və bir çox başqa yaşayış məntəqələri ilə birləşdirilib hazırda Yenikənd, yaxud Təzəkənd adlanır. R.Mehdiyevin həyat yoldaşı da həmin kənddə boya-başa çatıb və riyaziyyata maraqlı olub. Onun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində professorun xüsusi rolu olub. Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze də həmin kənddə doğulub, böyüyüb və Qalinanın dost doğma əmisi, ya dayısı qızıdır.
Oxu24.com xəbər verir ki, bu məlumatı hüquqşünas Aslan İsmayılov ictimailəşdirib.
Hüquqşünas yazır:
“Əlavə olaraq bildirim ki, Laura Xaradze (1930-1987) SSRİ NKVD-nin 1951-1987-ci illər generalı olmuş M.M.Qvişianinin ögey qızı olub.
Qısa araşdırmam zamanı gördüm ki, həqiqətən də Laura Xaradze Gürcüstanın İmereti bölgəsinin Baqdati rayonuna aid olan Rоza kəndində anadan olsa da sonradan onlar Gürcüstanın Qardabani rayonunda yerləşən Roza kəndinə köçüblər. R.Mehdiyevin qaynanasının qəbir daşına diqqət yetirsəniz soyadının Qurçkaya (Nadaraya) kimi qeyd olunduğunu görərsiniz. Bir çox mənbələrdə qeyd olunur ki, İmereti bölgəsində (xüsusilə Baqdati və ətraf kəndlərdə) Xaradze, Qurçkaya / Qurçiladze / Qurçkadze (ailə şivəsinə görə yazılış fərqləri olur) Nadaraya kimi soyadlar çox yayğındır və tez-tez ailələr bir-birilə evlilik yolu ilə bağlanıb.
Əminəm ki, daha dəqiq məlumatlar xüsusi xidmət orqanlarımızın arxiv materiallarında var.
Hesab edirəm ki, bütün bu faktlar üzə çıxmalı və hakimiyyətdə kök salmış bu xəyanət şəbəkəsi birdəfəlik təmizlənməlidir”.
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.