Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2737
06.11.2025, 17:32
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikov vəzifəsindən azad olunub.
Oxu24.com xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə departamentin sədri Rəfail Mehralıyev əmr imzalayıb.
F.Məlikov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsində azad edilib.
Hələlik Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. Bu vəzifənin icrası trestin baş mühəndisi Sabir Həsənova həvalə edilib.
Qeyd edək ki, oktyabrın 30-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.
Bakı meri Eldar Əzizov Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikova ciddi iradlarını bildirib.
Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəisinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılmışdı.
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.