Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
06.11.2025, 14:07
5 noyabr tarixində İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Abuzərov Bəhmən Abuzər oğlunun xatirəsinə həsr olunmuş “Suverenlik: Qalib Prezident, Qalib Şəhid, Dünyəvi Azərbaycan” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun rəhbərliyi, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, şəhid müəllimin şagirdləri, döyüş yoldaşları, məktəb kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir boyu şagirdlər və müəllimlər vətənpərvərlik ruhunda şeirlər, kompozisiyalar səsləndirdilər, şəhid müəllimin öz qələmindən çıxan şeirlər ifa olundu. O misralarda Bəhmən müəllimin qələbəyə olan sarsılmaz inamı, Vətən sevgisi və xalqımıza sonsuz etibarı duyulurdu.
Bəhmən müəllim İmişli rayonunun Cavadxanlı kənd məktəbində müəllim kimi çalışmış, Ulu Öndər Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli Xalqa Müraciətindən sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Vətən qarşısında göstərdiyi xüsusi xidmətlərə görə o, Ali Baş Komandan Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir.
Bu gün biz Konstitusiya və Suverenlik İli çərçivəsində şəhid-müəllimimizin həyat və qəhrəmanlıq yolunu bir daha xatırladıq, onun timsalında sinifdən səngərə gedən Azərbaycan müəlliminin böyüklüyünü gördük.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Qalib Prezident!
Yaşasın Qalib Şəhid!
Yaşasın Suveren, Müstəqil, Dünyəvi Azərbaycan!
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.