Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
23 May 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4300
05.11.2025, 20:06
Vüqar Bayramov: “Gələn ildən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq”
Ölkədə sosial siyasətin əsas istiqamətlərindən biri pensiya təminatının davamlı şəkildə yaxşılaşdırılmasıdır. Hər il əmək pensiyalarının indeksləşdirilməsi və artımı sosial rifahın qorunmasına xidmət edir.
Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramov Oxu.24.com-a açıqlamasında bildirib ki, gələn ildən etibarən əmək pensiyalarında artımlar nəzərdə tutulur. Onun sözlərinə görə, Əmək pensiyaları haqqında qanuna əsasən, bütün növ pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizi qədər indeksləşdirilir və artırılır.
“2025-ci ilin ilk doqquz ayında orta aylıq əməkhaqqında 9,7 faiz artım qeydə alınıb. İllik göstəricinin 9,2 faiz səviyyəsində olacağı gözlənilir. Bu isə o deməkdir ki, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyaları 9,2 faiz artırılacaq,” – deyə deputat vurğulayıb.
Vüqar Bayramovun sözlərinə görə, artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək:
“Həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin pensiyalarında bu indeksləşmə tətbiq olunacaq.”
Pərvin Şakirqızı
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.