Bu markalı benzin bahalaşa bilər
28 Yanvar 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5721
05.11.2025, 16:56
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin vəfat etməsi barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, Vaqif Vəliyev bu gün Sumqayıt Şəhər Qəbiristanlığında dəfn olunub.
Vaqif Vəliyev əməkdar mədəniyyət işçisi,36 il müddətində teatr direktoru olmasına baxmayaraq Mədəniyyət Nazirliyi teatr xadiminin dəfninə biganə yanaşıb.
Oxu24.com-un əməkdaşının bildirdiyinə görə,dəfn mərasimində nə Mədəniyyət Nazirliyinin yüksək vəzifə tutan nümayəndələrinə,nə də Füzuli Rayon İcra Hakimiyyətinin başçısına rast gəlinib.
Diqqətimizi çəkən məqamlardan biri də Mədəniyyət Nazirliyinin teatr xadiminin vəfatı ilə bağlı başsağlığı belə verməməsi oldu.
Nazirliyin ömrünü teatra həsr etmiş birinə qarşı belə etinasızlıq göstərməsi anlaşılan deyil.
Onu da qeyd edək ki, sözügedən qurum tərəfindən Vaqif Vəliyevin dəfninə əklil də göndərilməyib.
Məlumat üçün qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.
O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.
Həmçinin oxuyun
1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri və direktoru vəzifələrində fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi 1989-cu ildən vəfat etdiyi günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.
Medianın yaydığı fotolardan da aydın olur ki,dəfndə yalnız mərhumun yaxınları,ailə üzvləri iştirak edib.
Miri Məcidli
01:01 / 28 Yanvar 2026
1
00:26 / 28 Yanvar 2026
35
00:16 / 28 Yanvar 2026
35
23:50 / 27 Yanvar 2026
298
23:49 / 27 Yanvar 2026
121
23:34 / 27 Yanvar 2026
142
23:19 / 27 Yanvar 2026
56
23:05 / 27 Yanvar 2026
122
23:00 / 27 Yanvar 2026
85
23:00 / 27 Yanvar 2026
121
22:35 / 27 Yanvar 2026
45
22:30 / 27 Yanvar 2026
114
22:15 / 27 Yanvar 2026
159
22:08 / 27 Yanvar 2026
588
21:54 / 27 Yanvar 2026
98
21:48 / 27 Yanvar 2026
61
21:30 / 27 Yanvar 2026
132
21:18 / 27 Yanvar 2026
2539
21:10 / 27 Yanvar 2026
112
20:57 / 27 Yanvar 2026
76
20:49 / 27 Yanvar 2026
136
20:48 / 27 Yanvar 2026
90
20:44 / 27 Yanvar 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.