Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
23 May 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1219
05.11.2025, 13:10
Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.
Oxu24.com xəbər verir ki, bununla bağlı təklifi deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin bu gün keçirilən birgə iclasında verib.
Onun sözlərinə görə, pensiyaların artırılmasının mənbələri çoxdur: "Əsas mənbələrdən biri bilavasitə ümumi daxil məhsulda əməyin ödəniş xərcləridir. Təhlillər zamanı görürük ki, bu xərclərin ÜDM-də payı Azərbaycanda uzun müddət 20 %-dən aşağı və onun ətrafında olub. Bu, MDB ölkələri ilə bağlı göstəricidən, orta göstəricidən iki dəfə aşağıdır. Son illərdə bununla bağlı müəyyən dəyişiklər, tərəqqi var".
O qeyd edib ki, vətəndaşlar pensiyaya tez çıxmaqla bağlı xeyli suallar ünvanlayırlar: "Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir".
Deputat əlavə edib ki, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".
Bundan öncə 2026-cı ildə yaşa görə pensiya ilə bağlı şad xəbəri vermişdik.
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.